“Metropoliten”in keçmiş rəhbəri vəzifəsindən getdi FOTO


Digərləri 04 Yan 2018 16:35:00 251 0

“Metropoliten”in keçmiş rəhbəri vəzifəsindən getdi  FOTO

"Bakı Metropoliteni" QSC-nin tikinti departamentinin rəisi İqor Xankişiyev vəzifəsindən azad edilib.

Son.az unikal.org-a istinadən xəbər verir ki, İ.Xankişiyev yaş həddinə görə, vəzifəsindən azad olunması üçün "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəisi Zaur Hüseynova ərizə ilə müraciət edib. 

QSC sədri onun ərizəsini qəbul edərək İqor Xankişiyevi vəzifəsindən azad edib. 

QSC mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev faktı təsdiq edərək bildirib ki, İqor Xankişiyev yaş həddinə görə işindən öz ərizəsilə ayrılıb: "Uzun müddət isə metro tikintisində rəhbər vəzifələrdə çalışıb. 2014-cü ilə qədər "Azərtunelmetrotikinti" ASC-nin sədr müavini, QSC yarandıqdan sonra isə tikinti departamentinin rəisi vəzifəsində çaılışıb. Gözəl insan və təcrübəli mütəxəssis olub".


Xəbərə aid foto