"Bayram günlərində enerji təchizatında problem olmayıb"


Digərləri 04 Yan 2018 15:38:00 272 0

"Bayram günlərində enerji təchizatında problem olmayıb"

Paytaxt Bakıda və Azərbaycanın regionlarında bayram günlərində elektrik enerjisi ilə təchizat sarıdan heç bir problem yaşanmayıb.

Bu barədə Son.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bu, ölkənin elektrik enerjisi şəbəkəsində son illər həyata keçirilən əsaslı yenidənqurma, infrastrukturun yenilənməsi istiqamətində görülmüş sistemli işlərin birbaşa nəticəsidir.

"Azərişıq" ASC bayram günləri ərzində gücləndirilmiş iş rejimində işləyib və elektrik enerjisi ilə təchizat baxımından problemlərlə bağlı daxil olan bütün müraciətlərə çevik reaksiya verib.