Model məşuqəsini qısqandı,


Digərləri 04 Yan 2018 15:25:00 281 0

Model məşuqəsini qısqandı,

Priteş Patel məşuqəsi Coyti Surcita Sinqhi qısqanıb, onu xəyanətdə suçlayıb. Daha sonra isə o, Coytinin başını oraqla kəsib.

Son.az Hindustan Times-a istinadən bildirir ki, Coyti Surcita Sinqş Hindistanın qərbindəki Mumbay şəhərində yaşayırdı. O, model və rəqqasə işləyirdi və evli, ailəli Priteş Patelin məşuqəsi idi.

27 yaşlı Coytinin smartfona çox baxdığını görən 30 yaşlı Priteş Patel sevgilisinin başqa kişi ilə tanış olduğunu, onunla vaxt keçirdiyi və xəyanət etdiyini düşünüb.

Qısqanclıqdan əsəblərinə hakim ola bilməyən Priteş oraqla məşuqəsinin başını kəsib.

Faciə Hindistanın qərbindəki Qucarat ştatında, Surat şəhərinin yaxınlığındakı Timba kəndində yaşanıb.

Priteş məşuqəsini bu kənddəki evinə dəvət etmişdi və orada Coytinin ad gününü qeyd edirdilər.


Xəbərə aid fotolar