Devid Bekhem son iki ildə nə qədər qazandı?


İdman 04 Yan 2018 14:37:00 289 0

Devid Bekhem son iki ildə nə qədər qazandı?

İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Devid Bekhem son iki ildə 29 milyon funt sterlinq gəlir əldə edib.

Goal.az “The Sun”a istinadən xəbər verir ki, 42 yaşlı veteran futbolçunun aylıq kommersiya gəliri təqribən 1,25 milyon funt sterlinq təşkil edib.

Bildirilir ki, Bekhemin 2017-ci ildəki qazancı 18,75 milyon funt sterlinq olub. 2016-cı ildə isə bu göstərici 10,2 milyon funt sterlinqdir.

Qeyd edək ki, Devid Bekhem karyerası ərzində İngiltərənin “Manchester United”, İspaniyanın “Real Madrid”, ABŞ-ın “Los-Angeles Galaxy”, İtaliyanın “Milan” və Fransanın PSG klublarının formasını geyinib.