600 pirotexniki vasitəni avtomobildə gizlətdi - gömrükdə ələ keçdi


Digərləri 04 Yan 2018 14:37:00 243 0

600 pirotexniki vasitəni avtomobildə gizlətdi - gömrükdə ələ keçdi

Gömrükdə 600 ədəd pirotexniki vasitə müsadirə edilib.

Bakı. Elçin Mehdiyev - Gömrükdə 600 ədəd pirotexniki vasitə müsadirə edilib. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz 190" markalı avtomobilə gömrük baxışı keçirilib.