Azərbaycan neft ehtiyatlarına görə dünyada 20-ci sıradadır


İqtisadiyyat 04 Yan 2018 13:50:30 375 0

Azərbaycan neft ehtiyatlarına görə dünyada 20-ci sıradadır

İlk sırada 300 mlrd. barel ehtiyata sahib olan Venesuela yer alıb

Azərbaycan 7 mlrd. barel neft ehtiyatları ilə bu göstərici üzrə dünyada 20-ci sırada qərarlaşıb. "Report" "Hurriyet" qəzetinə istinadən xəbər verir ki, bu barədə "Global Firepower" beynəlxalq araşdırma şirkəti tərəfindən hazırlanan hesabatda bildirilib.

Hesabata əsasən, dünyada ən çox neft ehtiyatına sahib olan ölkə Venesueladır (300 mlrd. barel). İkinci sırada 269 mlrd. barellə S.Ərəbistanı, üçüncü sırada isə 171 mlrd. barel neft ehtiyatı ilə Kanada yer alıb. İran 157,8 mlrd. barel ehtiyatla dördüncü, İraq isə 143 mlrd. barellə beşinci yerdədir.

Rusiyanın neft ehtiyatları 80 mlrd. barel təşkil edir və qlobal siyahıda 8-ci yerdə qərarlaşıb. ABŞ-ın neft ehtiyatları isə 36,5 mlrd. barelə bərabərdir və sıralamada 11-cidir. Kazaxıstan 30 mlrd. barellə 12-ci yeri tutur. Çin isə 25 mlrd. barellə 13-cü sıradadır.