Rusiyada gündəlik neft hasilatı 30 illik maksimuma çatıb


İqtisadiyyat 04 Yan 2018 12:58:05 262 0

Rusiyada gündəlik neft hasilatı 30 illik maksimuma çatıb

2018-ci ildə hasilatın eyni səviyyədə qalacağı ehtimal edilir

2017-ci ildə Rusiyada neft hasilatının artımı davam edib və orta hesabla 10,98 mln. barel/günlə son 30 ilin maksimal həddinə çatıb. "Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bu məlumatı Rusiya Enerhetika Nazirliyi yayıb. 

Məlumata əsasən, 2017-ci ildə neft hasilatının illik artım tempi 2016-cı illə müqayisədə Rusiyanın OPEC+ neft hasilatının azaldılması ilə bağlı anlaşmada iştirak etməsi səbəbindən azalıb.

Energetika Nazirliyinin məlumatında qeyd edilir ki, 2016-cı ildə Rusiyada orta illik neft hasilatı 10,96 mln., 2015-ci ildə isə 10,72 mln. barel/gün olub. Rusiyanın energetika naziri Aleksandr Novak 2018-ci ildə OPEC+ anlaşmasının qüvvədə qalması durumunda neft hasilatının 547 mln. ton səviyyəsində qalacağını bildirib. Xatırladaq ki, 2017-ci ildə Rusiya ümumilikdə 546,8 mln. ton neft hasil edib.