"Apple"ın kapitallaşması 1 trln. dollara yaxınlaşır
İqtisadiyyat 04 Yan 2018 12:44:29 268 0
Analitiklər "Amazon"un daha tez 1 trln. dollar kapitallaşmaya çatacağını proqnozlaşdırırlar
Dünyanın ilk trilyonluq şirkəti olmaq üçün yarışanlar arasında bu iki şirkətdən başqa "Microsoft", "Amazon" və "Facebook" yer alır. Analitiklərə görə, texnologiya şirkətlərinin səhmlərinin qiyməti 2017-ci ildə olduuğu kimi artmağa davam edərsə, 2018-ci ilin ilk rübündə bir neçə şirkətin kapitallaşması 1 trln. dollar həddini ötə bilər.
Xatırladaq ki, ikinci sırada yer alan "Alphabet"in kapitallaşması 729 mlrd. dollar, "Microsoft"un isə 664 mlrd. dollar təşkil edir. "Apple"ın 1 trln. dollar səviyyəsini ötməsi üçün səhmlərinin 15% bahalaşması kifayət edəcək. Qeyd edək ki, 2017-ci ildə "Apple"in səhmləri 47% bahalaşıb.
Bəzi analitiklər isə "Apple"dan öncə 566 mlrd. dollarlıq kapitallaşması ilə hazırda dördüncü sırada yer alan "Amazon"un 1 trln. dollar həddini aşacağını proqnozlaşdırırlar.