Bayram günlərində gedənlərin sayı azalıb, gələnlərin isə artıb


Digərləri 04 Yan 2018 12:47:00 269 0

Bayram günlərində gedənlərin sayı azalıb, gələnlərin isə artıb

Ötən illə müqayisədə bu il Yeni il bayramı günlərində xaricə gedən azərbaycanlıların sayı azalıb, Azərbaycana gələn turistlərin sayı isə artıb.

Son.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının çoxu ölkəmizin regionlarında - Quba, Qusar, Qəbələ və Lənkəranda istirahət ediblər.

N.Bağırov qeyd edib ki, bayramı xaricdə keçirmək istəyən Azərbaycan vətəndaşları daha çox Gürcüstana səfər ediblər. Lakin bu, ötən illə müqayisədə bu il Yen i il bayramı günlərində Gürcüstana səfər edən Azərbaycan vətəındaşlarının sayının artması anlamına gəlməməlidir.

AzTA sədrinin sözlərinə görə, azərbaycanlı turistlərin Gürcüstana üstünlük verməsinin əsas səbəbi həmin ölkədə xidmət qiymətlərinin daha ucuz olması ilə izah edilə bilməz. Azərbaycanlı turistlərin bu seçimi Gürcüstanın ölkəmizə daha yaxın olması, təyyarə ilə 50 dəqiqəyə, avtomobillə isə 5 saata oraya çatma imkanının olmasıdır.