Azərbaycanda bayram günlərində 336 cinayət faktı qeydə alınıb


Sosial 04 Yan 2018 12:20:19 256 0

Azərbaycanda bayram günlərində 336 cinayət faktı qeydə alınıb

52 nəfər saxlanılıb

Bayram günlərində (30 dekabr-2 yanvar) Azərbaycanda daxili işlər orqanları tərəfindən 336 cinayət faktı qeydə alınıb, onların da 43-ü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Report”a verilən məlumata görə, həmin müddətdə cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.