Qurd və saç xəstəliklərini 15 günə sağaldan Zeynəb həkim: "Nişanı qayıdan qızın atası dedi ki, sizi aldadır…"


Digərləri 04 Yan 2018 12:20:00 780 0

Qurd və saç xəstəliklərini 15 günə sağaldan Zeynəb həkim: "Nişanı qayıdan qızın atası dedi ki, sizi aldadır…"

Azərbaycanda əsl həkim - fitoterapevt kimi fəaliyyət göstərənlər çox azdır. Tibbi sahədən azca anlayışı olub-olmayanlar əlinə iynə alıb, insanları pis günə qoyurlar. Təbii ki, bu da elə fəsadlar yaradır ki, insanlar intihar belə etmək istəyir. Müsahibim, sözün əsl mənasında, həkim olub, təbii bitkilərlə müalicə etməyi bacaran və bu sahədə kifayət qədər təcrübəsi olan, kifayət qədər patsient məmnunluğu ilə qarşılan həkim - fitoterapevt Zeynəb xanımdır. Yollanırıq Şərq bazarının yanında fəaliyyət göstərən "Zeynəb estetik mərkəzə"... Salamlaşıb, dərhal keçirik əsas söhbətə ...

- Yeni ildə də iş başındasınız ...

- Bəli, çünki işimi çox sevirəm. Elə insanlar var ki, həqiqətən də ehtiyacları var və ya hər zaman işdə olduqları üçün yalnız bayram günləri müraciət edə bilirlər. Ona görə də bayram günləri də müraciət etmək istəyirlər üçün işləyirik. Həm mən işimdən zövq alıram, həm də ki, mənə kömək üçün müraciət edənlərə kömək edirəm. Bundan gözəl nə ola bilər?! Mərkəzimiz bazar günləri belə açıq olur.

- Saat neçədən-neçəyə fəaliyyət göstərirsiniz?

- Saatını dəqiq deyə bilmirəm, çünki konfranslara gedirik, xəstələr çox olur, onlara uyğun saatlar təyin olunur, buna görə də gəlmək istəyənlər əvvəlcədən müraciət edirlər. Bunu da qeyd edim ki, Gəncə filialımız da açılacaq, həm Bakıda, həm də Gəncədə fəaliyyət göstərəcəyik.

- Bildiyim qədərilə siz Tibb Universitetini bitirmisiniz. Təhsiliniz haqda məlumat verərdiniz.

- Bəli. Mən ali təhsilli həkiməm, profilim müalicə işidir, bitkilərdir. Kosmetologiyanı isə özüm üçün əlavə məşğuliyyət olaraq öyrənmişəm. Mən qalmaqal sevmirəm, heç kimin də işinə qarışmıram, hərə özünə cavabdehdir, amma başqa həkimlər barədə onu deyə bilərəm ki, insan var ki, illər boyu oxuyur, savadlıdır, amma bacarığı yoxdur. O insan heç vaxt irəli gedə bilməz. Savadlı olmaq gözəl bir şeydir, amma təcrübə olmadıqdan sonra uğur qazanmaq mümkünsüzdür. Həkimlər var ki, tibb sahədə o qədər də geniş məlumatı olmasa da, təcrübəsi o qədər əhatəlidir ki, illər boyu oxumuş birinin diaqnozunu qəbul etmir, ən gözəl müalicəylə pasienti sağaldır. Bu da həmin həkimin yüksək təcrübəsindən irəli gəlir. Kosmetoloqlara gəldikdə isə, Allah hamının ruzisini yetirsin, amma halaldan yetirsin.

- Zeynəb doktor, mərkəziniz haqqında danışaq.

- Aşağı mərtəbəmiz kosmetoloji mərkəzdir, yuxarı mərtəbədə isə mən sırf bitkilərlə müalicə edirəm.

- Bitkilərlə hansı xəstəlikləri müalicə edirsiniz?

- Qurd xəstəliklərini heç bir kimyəvi maddə istifadə etmədən müalicə edirik. Saç dəri xəstəliklərinin müalicəsi tam təbii üsulla aparılır. Zəmanətli şəkildə ... Və patsient özü nəticəni dərhal hiss edir.

- Bu yaxınlarda istaqram hesabınızda gördüm ki, balaca bir uşağı keçəllikdən xilas etmisiniz. Bu barədə məlumat verərdiniz.

- Mən həmişə çalışmışam ki, kiməsə yaxşılığım keçsin, görsəm ki, yaxşılıq edə bilməyəcəm, o zaman pislik də etmirəm. Həmin xəstələri başqa həkimə yönəltmişəm, demişəm ki, məndə müalicəsi yoxdur. Göz önündədir ki, insanlar bizim müalicədən necə razılıq edir, necə xeyirini görür. Həmin pasientimiz də müalicəmizin effektini görənlərdən biridir. İnanılmaz şəkildə, tamamilə qaşı, kipriyi olmayan bir pasientimiz kursumun tamamını bitirmədən 20 günün içərisində çox gözəl effekt gördü. Bu gün də bizə təşəkkürünü babası vasitəsilə bildirir.

- Bilirəm ki, 2017-ci il sizin üçün uğurlu bir oldu. Elə xəstələr olubmu ki, dünyanı gəziblər, neçə-neçə həkimin qəbulunda olublar, lakin son çarəni sizdə tapıblar?

- Bizim elə maraqlı pasientlərimiz çox olub, gəzib dolanıblar bütün həkimləri, ən son çarəni bizdə tapıblar. Türkiyədə bir pasientin bağırsağında 2 metrə yaxın qurd aşkarlanmışdı, müalicə üçün mərkəzimizə gəlmək istəyirdi, amma mən bildim ki, bu, əməliyyatlıqdır, müalicə ilə həll olacaq problem deyil. Həmin şəxs əməliyyat olunduqdan sonra bizə müraciət etdi, hansı ki, həmin pasientdə Azərbaycanda aşkar olunmayan öküz soliteri qurdu var idi. Həmin qurd donuzun qanından keçə bilir. Çox şükür, biz həmin şəxsi sağaltdıq, mülicəmizin nəticəsində bütün qurdlar töküldü. Bundan başqa, Azərbaycanda 15 sm görülməkdə olan askarid qurdunun 49-50 sm olan növlərini müalicəmiz nəticəsində tökmüşük. Hansı ki, Lelinqradda həmin xəstəyə demişdilər ki, bizlik deyil, ancaq əməliyyat olunmalıdır, başqa əlacı yoxdur. Amma biz təbii üsulla müalicə elədik və uğurlu nəticə əldə etdik.

- Qurdların müalicəsindən sonra insanlarda hansı müsbət dəyişikliklər yaranır? Bu qurd tökülməsinin paxıllığa da aidiyyatı varmı?

- (gülür-red) Paxıllıq sağalmaz bir xətəlikdir. Müayinəsi çox asandır, ama mülicəsi yoxdur. Dəfələrlə öz həmkarlarımdan, hətta mənə aidiyyatı olmayan insanlar tərəfindən də paxıllıq görmüşəm. Elələri də var ki, mənim qanım qara olanda sevinirlər. Həmin insanlarla qarşılaşanda özümü qanı qara göstərirəm ki, qoy, bir az üzü gülsün. Elə insanlar psixoloji cəhətdən travma almış şəxslərdir. Keçək qurdların həqiqi fəsadlarına. Ən çox uşaqlarda ağız suyu, diş qıcaması, ürək bulanması, nadinclik, sidiyi qaçırtma, böyüklərdə isə ürəkbulanma, qusma halları, ayaqların şişməsi, qəbizlik halları ilə rastalşırıq. Bundan başqa saç tökülməsi, immunitetin zəifləməsi, yuxusuzluq, əsəb-sinir sisteminin zəifləməsi kimi fəsadları olur. Amma bütün bunları qurd xəstəliyinə bağlamaq da düzgün olmaz. Biz öncə laboratoriyaya müraciət edirik. Öz mərkəzimizdə laboratoriya olmadığı və heç bir klinika ilə işləmədiyimiz üçün pasient istənilən yerdə analiz verib bizə müraciət edə bilər. Pasientə rahatlıqla deyirəm ki, ürəyin harada istəyir, müayinədən keç, mənə cavabları gətir. Mən də həmin cavaba uyğun müalicə təyin edirəm. Faiz haramdır deyə, heç bir klinika ilə xüsusi işləmirik ki, məhz analiz vermək üçün insanları ora yönəldək.

- Bəs saç tökülməsi nə ilə əlaqədardır?

- Saç tökülməsi bir sıra səbəblərdən ola bilər. Amma əsas 3 faktor var: bunlardan birincisi irsi, genetika faktordur, ikinci faktor əsəb-sinir sisteminin pozulmasıdır, üçüncü faktor isə hormonal patologiyadır. Bunlardan sonra qan azlığı, dəmir çatışmazlığı, qurd xəstəlikləri və s. problemlər də saç tökülməsinə səbəb ola bilər. Amma əsas olan sadaladığım 3 faktordur. Genetik faktorlar elə bir şeydir ki, dünyada heç bir alim bunun qarşısında dayana bilməyib. Bu gün mənim də bunun qarşısında dayanmağım gülməli məsələdir. Ilk başda pasienti məlumatlandırırıq ki, boş yerə pulunu tökməsin. Əsəb-sinir sisteminin pozulması hallarında isə, mən nevropotoloq olmasam da, müdaxilə edirəm. Təbii üsulla müalicə edirik ki, sindromlar yerinə gəlsin ki, nəticə əldə edə bilək. Müalicə ilə paralel pasientə psixoloqa, nevropotoloqa müraciət etməsini də məsləhət görə bilərik. Paralel şəkildə müalicəmizi aparırıq. Hormonal patalogiya zamanı pasient qadındırsa, endkrinoloq, kişidirsə, androloqla paralel şəkildə müalicə aparırıq. Nəticəni isə gözlə görüləcək şəkildə əldə edirik. Əlbəttə ki, hər şey Allahın əlindədir, amma biz konkret zaman qoyuruq ki, bu qədər müddətə pasientin saç tökülməsi dayanacaq. Mən bilirəm ki, 13 günə bu adamın saç tökülməsini dayandırıram və bərpa prosesinə keçirəm. Bir pasientə deyirəm ki, saç tökülməni dayandıracam, həmin pasient əsəb, stress keçirirsə, artıq mənim sözümün bir mənası qalmır.


Xəbərə aid fotolar