Rusiya Müdafiə Nazirliyi: "Hmeymim" hərbi bazasının atəşə tutulması nəticəsində iki hərbçi ölüb


Dünya 04 Yan 2018 11:55:35 290 0

Rusiya Müdafiə Nazirliyi: "Hmeymim" hərbi bazasının atəşə tutulması nəticəsində iki hərbçi ölüb

Nazirlik Rusiyanın 7 təyyarəsinin məhv edilməsi barədə məlumatları təkzib edib

Suriyada "Hmeymim" hava limanının minalardan atəşə tutulması nəticəsində iki hərbçi ölüb.

"Report" xəbər verir ki, məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Nazirlikdən bildirilib ki, 31 dekabr 2017-ci il tarixində qaranlıq düşən vaxt "Hmeymim" aerodromu yaraqlıların mobil təxribat qrupunun minaatanlardan atəş açılmaqla qəfil hücumuna məruz qalıb.

Qeyd edilib ki, Suriya təhlükəsizlik orqanları hücumda iştirak edən yaraqlıların axtarışı və məhv edilməsi, habelə aviabazaya bitişik ərazinin qorunması rejiminin gücləndirilməsi üzrə tədbirlər həyata keçirir.

Bundan başqa, Müdafiə Nazirliyi Rusiyanın bazada olan 7 təyyarəsinin məhv edilməsi barədə məlumatları təkzib edib.