"Barcelona"nın müdafiəçisi klubunu dəyişməkdə maraqlı deyil


İdman 04 Yan 2018 10:49:00 258 0

"Barcelona"nın müdafiəçisi klubunu dəyişməkdə maraqlı deyil

"Barcelona"nın fransalı müdafiəçisi Samuel Umititi klubunu dəyişmək fikrində deyil. Goal.az xəbər verir ki, 24 yaşlı futbolçu "Manchester City"nin əlverişli təklifinə müsbət yanaşmır. Katalon klubu onun buraxılış qiymətini artırmaq üçün yeni müqavilə hazırlayır.

"Şəhərlilər" Umititiyə görə 60 milyon avro ödəməyə hazır idi. Komandanın baş məşqçisi Xosep Qvardiola mərkəz müdafiəsini gücləndirmək niyyətindədir. Umititi "Manchester United"in də maraq dairəsində idi.