“Yaxşı ki gələcəyə gedən yolda özümə bələdçi Bakı Ali Neft Məktəbini seçdim”


Digərləri 04 Yan 2018 10:43:00 279 0

“Yaxşı ki gələcəyə gedən yolda özümə bələdçi Bakı Ali Neft Məktəbini seçdim”

Son.az 700 balla Bakı Ali Neft Məktəbinə qəbul olan Jalənin müsahibəsini təqdim edir:

Jalə, bu il qəbul imtahanlarında 700 bal toplayan daha bir fəxrimiz sənsən. Özünü qısa oxucularımıza tanıt.

- Mən Jalə Məmmədova, 10 iyul 2000-ci ildə Ağsu rayonunda anadan olmuşam. 2006-cı ildə Xirdalan şəhərində 5 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşam. Oxuduğum illər ərzində bütün fənlər üzrə seçilmişəm, 2017-ci ildə eyni adlı məktəbi Fərqlənmə attestatı ilə bitirmişəm.

Jalə, indiyədək əldə etdiyin uğurların arasında hansı sənə daha qürurverici olub ?

- Həyatimda fəxr etdiyim anlar təbii ki çox olub. Ümumiyyətlə, 2017-ci il mənim üçün həm çox həyəcanlı, həm də çox qürurverici bir il oldu. Düzü, may ayında keçirilən qəbul imtahanında 695 bal topladım. Amma həvəsdən düşmədim, 2-ci yay qəbul imtahanına daha əzmlə hazırlaşdım. Nəhayət, ikinci imtahanda 700 bal toplayaraq Prezident təqaüdçüsü adına layiq görüldüm. Bax bu ən çox fəxr etdiyim uğurdur.

Maraqlıdır necə oldu ki məhz Bakı Ali Neft Məktəbini seçdin?

- Təbii ki, mən də imtahandan sonra seçdiyim ixtisas üzrə harada daha yaxşı təhsil ala biləcəyimi araşdırdım. Öyrəndim ki, ikili diplom, ingilis dilində təhsil, istehsalat təcrübə proqramları, məzun olduqdan sonra işə düzələ bilmək imkanları - bunların hamısının bir ünvanda ola biləcəyi yer yalnız BANM-dir. Ona görə də çox düşünmədim, seçimimi etdim. İndi artıq BANM ailəsinin bir üzvüyəm. Düşünürəm elə yaxşı ki gələcəyə gedən yolda özümə bələdçi Bakı Ali Neft Məktəbini seçdim.

Jalə, nəticələrin göstərir ki sən öz məqsədinə nail ola bilirsən, ona görə de görək bir tələbə öz məqsədinə nail olmaq üçün nə etməlidir?