A seriyasında məşqçi istefası


İdman 04 Yan 2018 10:13:00 251 0

A seriyasında məşqçi istefası

Sinişa Mixayloviç İtaliyanın "Torino" futbol komandasının baş məşqçi postundan istefaya göndərilib.

Goal.az-ın məlumatına görə, bu, ölkə kubokunun 1/4 finalında "Juventus"a 0:2 hesablı məğlubiyyətdən sonra baş verib.

Turin derbisində uduzan "Torino" mübarizəni dayandırıb. "Juventus" isə yarımfinalda "Atalanta"ya rəqib olub. Digər yarımfinalda "Milan"la "Lazio" üz-üzə gələcək. İlk görüşlər yanvarın 31-də, cavab qarşılaşmaları isə fevralın 28-də keçiriləcək.

Qeyd edək ki, "Torino" İtaliya A Seriyasında 17 turdan sonra cəmi 3 qələbə ilə 10-cu pillədə yer alıb. Sinişa Mixayloviç bu komandaya 2016-cı ilin yayından rəhbərlik edirdi. O, əvvəllər "Milan", "Sampdoriya", "Fiorentina", "Kataniya", "Bologna" klublarında və Serbiya yığmasında çalışıb.