"Kapital Bank"la özünü sevindir


Digərləri 04 Yan 2018 10:05:00 248 0

"Kapital Bank"la özünü sevindir

"Kapital Bank"ın yeni ilin gəlişi münasibətilə müştərilərə təqdim etdiyi güzəştli kredit aksiyası davam edir.

Bakı. "Kapital Bank"ın yeni ilin gəlişi münasibətilə müştərilərə təqdim etdiyi güzəştli kredit aksiyası davam edir. Bankdan Trend-ə verilən məlumata görə, aksiya çərçivəsində "Kapital Bank"dan kredit götürən müştərilərə illik faiz dərəcəsində 3% endirim, ödəmə müddətinə 2 ay güzəşt və pulsuz BirKart təqdim edilir. Həmçinin 8 000 AZN-dək olan kreditlər zaminsiz verilə bilər. Aksiya 15 yanvar 2018-ci il tarixədək keçirilir. Qeyd edək ki, "Kapital Bank"da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əmək haqqı və təqaüdünü "Kapital Bank"dan alanlara şamil edilir.