Mingəçevirdə yataqxanada yanğın: 7 nəfər xilas, 17 nəfər təxliyə olunub


Digərləri 04 Yan 2018 09:08:00 213 0

Mingəçevirdə yataqxanada yanğın: 7 nəfər xilas, 17 nəfər təxliyə olunub

Mingəçevirdə yanğın hadisəsi baş verib.

Son.az FHN-ə istinadən xəbər verir ki, şəhərdə dördmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində mənzillərdən birinin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 7 nəfər xilas edilib, 17 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.