Yasamalda gənc oğlana 6 bıçaq zərbəsi vurulub


Sosial 04 Yan 2018 06:02:04 248 0

Yasamalda gənc oğlana 6 bıçaq zərbəsi vurulub

Zərərçəkmiş boyun və bədən nahiyəsindən bıçaqlanıb

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1991-ci il təvəllüdlü Süleymanov Fərid Rafiq oğlu Mətbuat prospektində "Tri Korona" kimi tanınan binanın qarşısında, hələlik ad və soyadı məlum olmayan şəxslə əlbəyaxa dava edib.

Bu zaman F.Süleymanovun boyun və bədən nahiyyəsinə ümumilikdə 6 bıçaq zərbəsi vurulub. Yaralı taksi sürücüsünün köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.