"Hizbullah" lideri: "Suriya ərazisində silahlı münaqişə maksimum 1-2 il davam edəcək"


Dünya 04 Yan 2018 04:44:13 261 0

"Hizbullah" lideri: "Suriya ərazisində silahlı münaqişə maksimum 1-2 il davam edəcək"

"Suriyada daha bir terror təşkilatı var - "Nüsra cəbhəsi"

Suriya ərazisində silahlı münaqişə maksimum 1-2 il davam edəcək.

“Report” xəbər verir ki, bunu Livanın "Hizbullah" partiyasının lideri Həsən Nəsrullah deyib.

"Hizbullah" döyüşçüləri 2012-ci ildən Suriyanın hökumət ordusunu dəstəkləyir. Partiya liderinin sözlərinə görə, şiə könüllülərinin Suriya ərazisindən çıxarılması mühəribənin nəticəsindən və ölkə rəhbərliyinin qərarından asılıdır. O əlavə edib ki, Suriya hökuməti və könüllülər böyük uğurlar əldə ediblər, lakin "terrorçular üzərində tam qələbə hələ əldə olunmayıb".

"İŞİD qruplaşması məhv edilib, ancaq onun yaraqlıları hələ də Suriya, Liviya və başqa yerlərdə qalmaqdadırlar, bundan başqa, daha bir terror təşkilatı var - "Nüsra cəbhəsi", - deyə Nəsrullah xatırladıb.