Peruda avtobusun dərəyə yuvarlanması nəticəsində 51 nəfər ölüb


Dünya 04 Yan 2018 04:28:34 241 0

Peruda avtobusun dərəyə yuvarlanması nəticəsində 51 nəfər ölüb

Daha 6 nəfər xəstəxanaya yerləşdirilib

Perunun paytaxtı Limadan şimalda sərnişin avtobusunun dərəyə yuvarlanması nəticəsində 51 nəfər həyatını itirib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, xilasedicilər əzilmiş avtobusdan ölənlərin hamısının meyitini çıxarda biliblər.

Qəza nəticəsində sağ qalan 6 nəfər xəstəxanaya yerləşdirilib. Bununla belə, yaralılardan biri avtobus aşmamışdan əvvəl pəncərədən bayıra tullanması sayəsində sağ qaldığını bildirib.