Mingəçevirdə yataqxanada yanğın baş verib, tüstüdən boğulanlar var


Sosial 04 Yan 2018 02:39:16 259 0

Mingəçevirdə yataqxanada yanğın baş verib, tüstüdən boğulanlar var

Yataqxana sakinlərinin əksəriyyəti təxliyyə olunub

Gecə saatlarında Mingəçevir şəhərinin Heydər Əliyev prospektində, Sənaye parkının qarşısındakı ərazidə yerləşən fəhlə yataqxanasında yanğın baş verib.

"Report”un Şirvan bürsou xəbər verir ki, alovun qarşısının alınması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqdaları və təcili yardım xidməti əməkdaşları cəlb olunub.

Yataqxana sakinlərinin əksəriyyəti təxliyyə olunub. Onların arasında tüstüdən boğulanlar var. Zərərçəkmişlər xəstəxanaya çatdırılıblar.