Sen Tropedə 500 min avroluq Yeni il oğurluğu


Digərləri 03 Yan 2018 22:35:00 295 0

Sen Tropedə 500 min avroluq Yeni il oğurluğu

Fransanın Sen Trope şəhərində kalaşnikov və digər avtomatlarla silahlanmış 4 nəfər dünən günortadan sonra şəhərin məşhur "Des Lices" meydanında yerləşən antikvariat, dizayn və dekorasiya mağazasını qarət ediblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, mağazadan 500 min avro dəyərində zinət əşyaları oğurlanıb. Oğurlanan zərgərlik məlmulatları arasında məşhur "Cartier" və "Rolex" markalı saatlar da olub.