Qartal, dəvə, ilan və digər heyvanlar... SANKİ CANLIDIRLAR VİDEO


Digərləri 03 Yan 2018 22:22:00 307 0

Qartal, dəvə, ilan və digər heyvanlar...  SANKİ CANLIDIRLAR  VİDEO

Qartal, dəvə, ilan və digər heyvanlar sanki canlıdırlar. Bütün bunlar İsmayıllı sakini Qəhrəman Adgözəlovun əl işləridir. İnsandan səbr, bacarıq, güclü yaddaş və eyni zamanda ideya tələb edən bu sənət növündə hər şey ölçüsündə, yerli- yerində dəqiq olmalıdır. Son.az bildirir ki, o, bu sənətə uşaq illərindən başlayıb.

30 ildən çoxdur ki, ağacoyma sənəti ilə məşğul olan Qəhrəman usta ona bu sənətin ulu babasından keçdiyini bildirir. O, ağacoyma ilə məşğul olmazdan əvvəl daş və şüşə üzərində fiqurlar düzəltməklə məşğul olub. Qəhrəman ustayla söhbət zamanı anladıq ki, bu sənətə sevgisi sonsuzdur.

Onun fikrincə diqqətcil olmayan, təxəyyülünü, xəyal gücünü işə salmayan insan bu sənət növündə uğur qazana bilməz.