Bu ölkədə kişilərin qadınlardan çox maaş alması QADAĞAN EDİLDİ


Digərləri 03 Yan 2018 21:05:00 251 0

Bu ölkədə kişilərin qadınlardan çox maaş alması QADAĞAN EDİLDİ

İslandiyada da Yeni ildən etibarən qeyri-adi qanun layihələri qüvvəyə minib. Belə ki, gender bərabərliyinin yüksək səviyyədə tətbiq edildiyi ölkədə yanvar ayının 1-dən başlayaraq, istənilən iş sektorunda kişilərə qadınlardan daha çox əmək haqqı yazılması qadağan olunub.

Son.az xəbər verir ki, İslandiya parlamentinin yarıdan çoxunu qadın deputatlar təşkil etdiyi üçün bu cür qanun layihəsinin nə vaxtsa qüvvəyə minməsi gözlənilən hal olub.

Parlament üzvlərinin qərarına əsasən, işə götürən şirkətlərdə, özəl və dövlət müəssisələrində əmək haqqları qadın və kişilər arasında bərabər olaraq bölüşdürüləcək.

Bundan əlavə, təqdim edilən qanun layihəsinə əməl edəcəklərini sübut etmək üçün, şirkət rəhbərlikləri xüsusi sertifikat almalı olacaqlar. Əks halda, sertifikatı olmayan iş yerləri qanunsuz işçi götürdüyü üçün məsuliyyətə cəlb olunacaqlar.

İsveçrə və ABŞ-da analoji tədbirlərin tədqiq edildiyi nəzərə alınsa da, İslandiyanın bu qanunu məcburiyyət halına gətirməsi dünyada bir ilkə imza atmasına gətirib çıxardı. Yeni qanunun qüvvəyə minməsi, 2022-ci ilə qədər İslandiyada kişilər və qadınlar arasındakı əməkhaqqı bərabərsizliyini tamamilə aradan qaldıracaq.