Əcnəbi turistlərin ən çox sifariş verdiyi yeməklərdən biri FOTO


Digərləri 03 Yan 2018 20:14:00 342 0

Əcnəbi turistlərin ən çox sifariş verdiyi yeməklərdən biri  FOTO

Azərbaycanda bayram süfrəsinin əvəzolunmaz təamı, yeməklərin şahı sayılan "Şah plov" əcnəbi turistlərin də ən çox sifariş verdiyi yeməklər sırasındadır.

Son.az xəbər verir ki, Qusardakı restoranlardan birində uzun illərdir aşpazlıq edən Şakalad Nurməmmədova AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirir ki, rayona gələn turistlər tez-tez "Şah plov" sifariş verirlər. Gün ərzində ən azı 4-5 belə sifariş verilir. "Şah plov" dadmaq istəyənlər arasında yerli turistlərlə yanaşı əcnəbi qonaqlar da var. Xüsusilə ərəb ölkələrindən gələn qonaqlar Azərbaycan mətbəxinin ən dadlı təamını xoşlayırlar.

Səkkiz nəfər üçün nəzərdə tutulan "Şah plov"un qiyməti 40 manatdır.

"Şah plovun" hazırlanması üçün bizə 1 kq düyü, 100 qr bal, 6 yumurta, 200 qr alça qurusu, 200 qr kişmiş, 200 qram ərik turşusu, 1 kq ət, 2 ədəd soğan, 500 qr kərə yağı və zövqə görə duz, istiot, zəfəran lazımdır.


Xəbərə aid fotolar