Evdəki pis qoxuların qarşısını alan


Digərləri 03 Yan 2018 19:39:00 328 0

Evdəki pis qoxuların qarşısını alan

Evi nə qədər təmiz saxlasanız da, pis qoxulardan xilas olmaq hər dəfə mümkün deyil. Qarşısını almaqsa mümkündür. Son.az ailem.az-a istinadən evdəki xoşagəlməz iylərdən xilas olmaq üçün bir neçə praktik üsulla sizi tanış edir.

Zibil qoxusu

Zibil qutusunun içinə karbonat (soda) və ya qabartma tozu səpin. Tualetlər üçün hazırlanan qoxu aradan qaldıran həbləri qoymaq da pis qoxuların meydana gəlməsinə mane olar.

Tualet qoxusu

Davamlı təmizləməyinizə baxmayaraq, tualetinizdəki qoxulardan xilas ola bilmirsinizsə, unitazın içinə yarım stəkan karbonat, limon suyu və ya sirkə töküb bol suyla durulayın. Eyni zamanda, qəhvə dənələri tökün və sonra qaynar su ilə yuyun. Bir stəkan karbonatı və ya limon suyunu hamam otağının uyğun bir küncündə davamlı saxlayın. Bu üsul pis qoxunun yaranmasının qarşısını alacaq.

Boya qoxusu

Günlərlə evdən getməyən boya qoxusundan otağın ortasına bir qab parçalanmış boyat çörək qoyaraq xilas ola bilərsiniz. Ertəsi gecə də qaynamış isti süd qoyun.

Soyuducu qoxuları