“Eleanor” Britaniyanı çətin vəziyyətə saldı


Dünya 03 Yan 2018 17:50:00 329 0

“Eleanor” Britaniyanı çətin vəziyyətə saldı

"Eleanor" qasırğası Böyük Britaniyada həyat şəraitini çətinləşdirib.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, qasırğa səbəbindən İngiltərə, Uels, Şimali İrlandiyada və Şotlandiyanın cənubunda "sarı həyəcan" elan olunub.

Şimali İrlandiyada 12 mindən çox, İngiltərədə 2700, Uelsdə isə 460 ev işıqsız qalıb. Hazırda iri körpülər bağlıdır, şəhərdaxili yollarda isə ağacların aşması səbəbindən nəqliyyatın hərəkətində çətinlik yaranıb. Xəsarət alanların olduğu bildirilir.