Kaliforniyada marixuananın rəsmi satışına başlanıldı


Dünya 03 Yan 2018 16:51:36 238 0

Kaliforniyada marixuananın rəsmi satışına başlanıldı

Kaliforniyada yanvarın 1-dən etibarən rekreasiya məqsədi ilə marixuananın satışına rəsmi olaraq icazə verilib.

Qafqazinfo xarici KİV-ə istinadən xəbər verir ki, yeni qanuna görə, 21 yaşından yuxarı şəxslər təxminən 28 qram narkotik vasitə ala bilərlər. Bundan başqa, evdə həkim icazəsi olmadan 6 ədəd marixuana yetişdirmək olar. 

Lakin marixuananı istənilən mağazadan almaq mümkün olmayacaq. Onu satmaq üçün xüsusi lisenziya əldə etmək lazım gələcək.