"Liverpool"un daha bir futbolçusu həbs oluna bilər


İdman 03 Yan 2018 16:22:00 249 0

"Liverpool"un daha bir futbolçusu həbs oluna bilər

“Liverpool”un daha bir futbolçusu həbs edilmək təhlükəsi ilə üzləşib. 

Deyan Lovrendən sonra Con Flanaqanın azadlıqdan məhrum olunmaq məsələsi gündəmə gəlib. Məhkəmə önünə çıxan müdafiəçi sevgilisi Reyçel Uollu döydüyünü və ona xəsarət yetirdiyini etiraf edib. Flanaqan bu hərəkətinə görə 6 ay müddətinə həbs oluna bilər.

Məhkəmə bununla bağlı qərarı yanvarın 17-də verəcək.

Qeyd edək ki, “Liverpul”un digər müdafiəçisi Deyan Lovren isə 2010-cu ildə Zaqreb “Dinamo”sundan “Lyon”a transferi zamanı korrupsiya faktlarının olması iddiası ilə bağlı aparılan araşdırma zamanı məhkəmədə yalan ifadə verməkdə günahlandırılır.