Van Persi "Fenerbahçe"dan ayrılır


İdman 03 Yan 2018 15:14:00 314 0

Van Persi "Fenerbahçe"dan ayrılır

Hollandiya millisinin üzvü Robin van Persi "Fenerbahçe"dan ayrılmağa hazırlaşır.

Goal.az xəbər verir ki, ulduz futbolçu karyerasını ölkəsində davam etdirəcək. 34 yaşlı hücumçu "Feyenoord" klubu ilə anlaşıb. Təcrübəli oyunçu "Fenerbahçe" ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verə bilsə, sabiq komandası ilə münasibətlərini rəsmiləşdirəcək. 

Bu barədə məlumatı mərkəz hücumçusunun atası Bob van Persi verib. O, Robinin ölkəsinə qayıtdığı üçün xoşbəxt olduğunu bildirib: "Artıq oğlum evimizə yaxın yerdə olacaq. Ailəmizin yenidən bir yerdə olacağı üçün xoşbəxtəm".

Qeyd edək ki, Van Persi "Fenerbahçe"ya 2015-ci ildə "Manchester United"dən transfer olunub.