Azərbaycan Gürcüstanın təbii qaz tələbatının təqribən 100 faizini təmin edəcək


Digərləri 03 Yan 2018 14:23:48 251 0

Azərbaycan Gürcüstanın təbii qaz tələbatının təqribən 100 faizini təmin edəcək

Azərbaycan 2018-ci ildə Gürcüstanın təbii qaza olan tələbatının 99,65 faizini təmin edəcək

Bakı. Maksim Tsurkov - Azərbaycan 2018-ci ildə Gürcüstanın təbii qaza olan tələbatının 99,65 faizini təmin edəcək. Trend-in məlumatına görə, bu barədə Gürcüstan İqtisadi İnkişaf Nazirliyinin 2018-c il üçün təbii qaz balansında qeyd olunub. Sənədə əsasən 2018-ci ildə Gürcüstanın təbii qaza tələbatı 2,689 milyard kubmetrə bərabər olacaq. Gürcüstan bu rəqəmdən 2,679 milyard kubmetrini Azərbaycandan (1,866 milyard kubmetrini SOCAR-dan və 813 milyon kubmetri “Şahdəniz” yatağından hasilat çərçivəsində) əldə etməyi planlaşdırır.