Bərdədə 6 nəfər yıxılaraq ağır xəsarət aldı SİYAHI


Digərləri 03 Yan 2018 12:57:00 247 0

Bərdədə 6 nəfər yıxılaraq ağır xəsarət aldı  SİYAHI

Bərdə rayonunda altı yerli sakin bədbəxt hadisələr nəticəsində xəsarət alıb.

Son.az xəbər verir ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasından report-a verilən məlumata görə, rayon sakinləri olan 6 nəfər yıxılaraq müxtəlif bədən xəsarətləri aldığından xəstəxanaya müraciət edib.

Bunlar rayonun Cələbilər kənd sakini 1982-cu il təvəllüdlü Behbudov Vüsal Vidadi oğlu, Divanlı kənd sakini 2012-ci il təvəllüdlü Quluzadə Abid İnayət oğlu, Nazırlı kənd sakini Fərmanlı Eltun Füzuli oğlu, M.Rəsulzadə kücəsindəki evlərdən birində yaşayan 1986-ci il təvəllüdlü Qaraşova Ahu Elyar qızı, Nüşabə kücəsində qeydiyyatda olan 1991-ci il təvəllüdlü Alıyev Murad Elxan oğlu və Əyricə kənd sakini 2004-ci il təvəllüdlü Cəfərov Azay Novruz oğludur.