Dövlət Agentliyinin rəhbərliyində DƏYİŞİKLİK


Digərləri 03 Yan 2018 12:36:00 260 0

Dövlət Agentliyinin rəhbərliyində DƏYİŞİKLİK

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi formalaşdırılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, Saleh Məmmədov Agentliyin İdarə Heyətinin sədri, Əvəz Qocayev və Hüsnü Quliyev isə sədr mavinləri təyin olunub.

Qeyd edək ki, 2017-ci il oktyabrın 18-də prezident İlham Əliyevin müvafiq fərmanı ilə "Azəravtoyol" ASC "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkil edilib.