Araz komandasına kömək edə bilmədi


İdman 03 Yan 2018 12:05:00 235 0

Araz komandasına kömək edə bilmədi

Kiprin I Divizionunda XVIII tura start verilib.

Goal.az-ın məlumatına görə, milli komandamızın oyuncusu Araz Abdullayevin şərəfini qoruduğu “Anortosis” də növbəti matçına çıxıb. Famaqusta təmsilçisi “Doxa” səfərinə yollanıb. Görüş qonaqların 0:0 hesablı bərabərliklə yekunlaşıb.

Araz matça start heyətində başlayıb və 90 dəqiqə meydanda olub. 

Qeyd edək ki, 18 oyundan sonra aktivində 37 xal olan “Anortosis” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.