Azərbaycanlını hədələyib maşınıyla 27 min dollarlıq saatını aldılar VİDEO


Kriminal 03 Yan 2018 11:26:00 222 0

Azərbaycanlını hədələyib maşınıyla 27 min dollarlıq saatını aldılar  VİDEO

Türkiyədə İ.G adlı azərbaycanlı iş adamı 2 həmyerlisinin onu silahla təhdid etdiyini əsas gətirərək polisə müraciət edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, iş adamının sözlərinə görə, həmin şəxslər Glock markalı silahla hədə-qorxu gələrək ondan "Mercedes" markalı avtomobilini, 27 min dollar dəyərindəki 2 qol saatını alıblar. Qırx min dollar müqabilində isə aldıqlarını geri qaytaracaqlarını bildiriblər. 

Polisin keçirdiyi əməliyyat çərçivəsində xuliqanlıq edən şəxslərlə iş adamının Fatihdəki AVM-lərin birində görüşü təşkil edilib. Kafedə baş tutan görüşdə 2 azərbaycanlı və onlara yardım edən 2 Türkiyə vətəndaşı saxlanılıb. 

Azərbaycanlılar məhkəməyə çıxarılıblar və haqlarında həbs qərarı verilib.