Rusiya terrorçuluqda təqsirləndirilən azərbaycanlını axtarışa verdi FOTO


Kriminal 03 Yan 2018 11:15:00 273 0

Rusiya terrorçuluqda təqsirləndirilən azərbaycanlını axtarışa verdi  FOTO

Rusiya terrorçuluqda təqsirləndirilən azərbaycanlını beynəlxalq axtarışa verib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 37 yaşlı Elnur Həsənov terrorçuluqda, terrorçuların düşərgəsində təlim keçməkdə və qeyri-qanuni silahlı birləşmələrə qoşulmaqda ittiham olunur.

E.Həsənov Rusiyanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.


Xəbərə aid fotolar