Kim Çen In Cənubi Koreya ilə danışıqlara başlamağı əmr etdi


Dünya 03 Yan 2018 09:49:00 292 0

Kim Çen In Cənubi Koreya ilə danışıqlara başlamağı əmr etdi

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In Cənubi Koreya ilə xüsusi rabitə vasitəsilə danışıqlara başlamağı əmr edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, xüsusi rabitə vasitəsi saat 10:30-dan (GMT+4) etibarən açılacaq.

Qeyd edək ki, daha əvvəl Şimali Koreya Cənubi Koreya ilə öz yığmasının Qış Olimpiya Oyunlarında iştirakı barədə danışıqlara hazır olduğunu bildirmişdi. Seul Phenyanın bu təşəbbüsünü müsbət qiymətləndirib və Pxanmundcondayüksək səviyyədə danışıqlar aparmağı təklif edib. Cənubi Koreya tərəfinin təklifinə əsasən, bu danışıqlar yanvarın 9-da keçirilə bilər.