Ağır qəza:


Digərləri 03 Yan 2018 09:32:00 251 0

Ağır qəza:

Samuxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə-Sərkar yolunda baş verib. "QAZel" və "VAZ 21010" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"-da olan 2 nəfər ölüb, 2 nəfər isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb.

Məlumata görə, qəzaya düşən şəxslərin yaxınları hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobilinə hücum ediblər. Maşının şüşələri sındırılıb, sürücü isə bədən xəsarətləri alıb.