“Unibank”ın rəhbəri Malta vətəndaşlığı alıb


İqtisadiyyat 03 Yan 2018 09:10:00 313 0

“Unibank”ın rəhbəri Malta vətəndaşlığı alıb

Azərbaycanlı bankirə vətəndaşlıq 2016-cı ildə, fərdi investisiya proqramı çərçivəsində verilib.

“Unibank” ASC-nin səhmlərinin təxminən 40%-nə nəzarət edən və Bankın Müşahidə Şurasının sədri olan Eldar Qəribov Malta vətəndaşlığı alıb.

“Report” bu barədə Malta mətbuatına istinadən xəbər verir.

Məlumata görə, azərbaycanlı bankirə vətəndaşlıq 2016-cı ildə, fərdi investisiya proqramı çərçivəsində verilib.