İrandan ABŞa Suriya TƏLƏBİ


Dünya 03 Yan 2018 09:03:00 264 0

İrandan ABŞa Suriya TƏLƏBİ

ABŞ-ın Suriyada hərbi mövcudluğu qanunsuzdur, buna görə də ABŞ qoşunlarını bu ölkə ərazisindən çıxarmalıdır.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə İran Milli Təhlükəsizlik Ali Şurasının katibi admiral Əli Şamhani "Əl Mayadin" telekanalına müsahibəsində bildirib.     

Admiral qeyd edib ki, Rusiya və İrandan fərqli olaraq, ABŞ qoşunlarının Suriyaya göndərilməsini rəsmi Dəməşqlə razılaşdırmayıb. Ə.Şamhani, ümumilikdə, ABŞ-ın Suriyada hərbi mövcudluğu işğal adlandırıb.   

"Biz bütün beynəlxalq tribunalardan ABŞ qoşunlarının Suriyadan çıxarılmasını tələb edəcəyik", - deyə admiral əlavə edib.