Kaliforniyada siçovul təyyarənin havaya qalxmasına imkan verməyib


Dünya 03 Yan 2018 08:06:18 334 0

Kaliforniyada siçovul təyyarənin havaya qalxmasına imkan verməyib

Sərnişinlərə Portlendə diqər təyyarə ilə yola düşmək tövsiyyə edilib

"Alaska Airlines" aviaşirkətin uçuşu göyərtədə peydə olunan siçovula görə ləğv edilib.

"Report" xəbər verir ki, bu barədə TASS yerli KİV istinadən məlumat yayıb.

Göyərtəsində 110 sərnişini olan Boeing 737 təyyarəsi Oklenddən (Kaliforniya ştatı – Red.) Portlendə (Oreqon ştatı- Red.) uçuş həyata keçirməli idi. Avia uçuş trap vasitəsi ilə salona daxil olan siçovula görə ləğv edilib. Ekipaj üzvləri gəmiricini tapa bilməyib.

Aviaşirkət ziyanvericilərin ləğv edilməsi ilə məşğul olan xidmətin əməkdaşlarını çağırıb. Bundan əlavə, təyyarədə zədələrin olub-olmamasını müəyyən etmək məqsədi ilə mütəxəssislər ona baxış keçirəcək. Sərnişinlərə Portlendə diqər təyyarə ilə yola düşmək tövsiyyə edilib.