Alimlərdən MARAQLI KƏŞF: Cinayətkarlar cinayət törədərkən nə düşünür? FOTO


Digərləri 03 Yan 2018 07:28:00 326 0

Alimlərdən MARAQLI KƏŞF: Cinayətkarlar cinayət törədərkən nə düşünür?  FOTO

Amerika alimləri yeni bir kəşfə imza atıblar.

Son.az xəbər verir ki, Virciniya universitetinin araşdırmaçıları Rida Montaqyu və digərləri hər hansı bir cinayəti törədən cinayətkarın o an nə düşündüyünü araşdırmağa çalışıblar.

Alimlərin araşdırmaya başlamazdan əvvəl məqsədləri hər hansı bir qanun pozuntusu etməyə hazırlaşan insanın beyin fəaliyyətini öyrənmək olub.

Keçirilən 40 sınaq nəticəsində ortaya çıxan nəticələr alimləri təəccübləndirib. Belə ki, onlara içərisində qaçaqmal olan çamadanın daşınması həvalə olunub. Prossesin ilk 5 sınağında çamadan keçirən şəxslər apardıqlarının qaçaqmal olduğunu biliblər.

Digər hallarda isə onlara çamadanın içində nə olduğu deyilməsə də, onlar qadağan olunmuş nələrinsə daşıdıqlarını təxmin ediblər.

Beyinləri yoxlanılan zaman məlum olub ki, çamadanda dəqiq qaçaqmal apardığını bilən adamların beyni hərtərəfli fəaliyyətə keçir. Hətta beynin, yemək, yatmaq və fəaliyyət bölgələri də aktivləşib.


Xəbərə aid foto