Ballı, xardallı hinduşka


Digərləri 03 Yan 2018 07:00:00 288 0

Ballı, xardallı hinduşka

Soyuq aylardır və hinduşka ətinin də tam yeyilmə zamanıdır. Hinduşka əti orqanizm üçün olduqca faydalıdır. Son.az ailem.az-a istinadən hinduşka ətinin faydalarını sadalayır.

Hinduşka əti mineral xəzinəsidir. Tərkibi sinklə zəngindir. Bu isə immunitet sistemi, yaraların sağalması, bədənin yağ, protein və karbohidratları həzm etməsi üçün son dərəcə əhəmiyyətli bir mineraldır. Həmçinin onun tərkibində fosfor, maqnezium, dəmir var. Sağlıq baxımından çox faydalı qidalar arasındadır. Hinduşka əti protein baxımından da çox zəngindir. Tərkibində "Tryptofhan" maddəsi var və "tryptofhan" xoşbəxtlik hormonu olan "Serotonin"ə çevrilir. Bu üzdən hinduşka, xoşbəxt hiss etdirən qidalar arasındadır. Antioksidant xüsusiyyəti olan hinduşka əti yaşlanmanı gecikdirən xüsusiyyətləri ilə süfrələrdə yer alan qidalardan biridir.

Hinduşka bəzi ölkələrdə Yeni il süfrəsinin də əsas təamıdır. Ailem.az sizə ağız dadınızı dəyişdirəcək ballı, xardallı hinduşka reseptini verir.

Ərzaqlar:

Hinduşka sinəsi

1 yemək qaşığı zeytun yağı

1 stəkan bal

2 yemək qaşığı xardal