Tramp:"Mənin nüvə düyməm səninkindən böyükdür"


Dünya 03 Yan 2018 05:26:08 298 0

Tramp:"Mənin nüvə düyməm səninkindən böyükdür"

"Mənimdə "nüvə düyməm" var və onunkindən daha böyük,daha qüdrətlidir və o işləyir!"

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inın "nüvə düyməsi" ilə bağlı bəyanatına cavab verib.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

"Şimali Koreya lideri bəyan edib ki, onun "nüvə düyməsi" daima masasının üzərindədir. Acından ölən, zəifləmiş rejimindən kimsə, zəhmətə olmasa, ona məlumat versin ki, mənimdə "nüvə düyməm" var və onunkindən  daha böyük və daha qüdrətlidir. Və o işləyir!" — deyə D. Tramp özünün Twitter hesabında yazıb.

Qeyd edək ki, Yeni il bayramı ilə əlaqədar xalqı qarşısında çıxış edən Şimali Koreya lideri bəyan edib ki, nüvə raketlərini işə salacaq düyməni hazır saxlayıb. O bildirib ki, ABŞ onun ölkəsini təhdid edəcəyi halda,  o masasının üzərində olan "nüvə düyməsini" basa bilər.