Tramp: "Sanksiyalar Şimali Koreyaya böyük təsir göstərməyə başlayıb"


Dünya 03 Yan 2018 02:55:19 306 0

Tramp: "Sanksiyalar Şimali Koreyaya böyük təsir göstərməyə başlayıb"

Bu barədə o özünün Twitter səhifəsində yazıb

ABŞ prezidenti Donald Tramp Şimali Koreyaya tətbiq olunan sanksiyaların effektiv olduğunu bəyan edib.

"Report" xarici KİV istinadən xəbər verir ki, bu barədə o özünün Twitter səhifəsində yazıb.

"Sanksiyalar və diqər təyziq üsulları Şimali Koreyaya böyük təsir göstərməyə başlayıb. Əsgərlər Şimali Koreyadan Cənubi Koreyaya qaçır. Raket-adam (Kim Çen In-Red.) indi ilk dəfə Cənubi Koreya ilə danışıqlar aparmaq istəyir. Bəlkə bu yaxşı xəbərdir, bəlkə də - yox. Baxarıq!", — deyə D. Tramp bildirib.

Qeyd edək ki, Kim Çen In ölkənin milli komandasını qız Olimpiya oyunlarına yollamaq istədiyini açıqlayıb. Cənubi Koreya yüksək səviyyəli danışıqlar aparmaq istədiyini açıqlayıb.