Peruda avrobus uçuruma aşıb, nəticədə 25 nəfər ölüb


Dünya 03 Yan 2018 01:15:19 282 0

Peruda avrobus uçuruma aşıb, nəticədə 25 nəfər ölüb

Ölənlərin sayının artacağı istisna olunmur

Peruda yük maşını ilə sərnişin avtobusun toqquşması nəticəsində azı 25 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" yerli yol polisinin nümayəndəsi Dino Eskuderoya istinadən məlumat yayıb.

Hadisə paytaxt Limadan 70 km məsafədə, "İblisin döngəsi" adlı aşırım ərazidə baş verib. Toqquşmadan sonra içərisində 50 sərnişinin olduğu avtobus 100 metr hündürlükdən uçuruma aşıb.

Hadisənin baş verdiyi ərazinin az qala əlçatmaz yerdə olduğundan xilasetmə işləri ləngiyir. Ölənlərin sayının artacağı istisna olunmur.