Nyu-Yorkda baş vermiş yanğın zamanı xəsarət alanların sayı 23-ə çatıb


Dünya 03 Yan 2018 00:54:17 323 0

Nyu-Yorkda baş vermiş yanğın zamanı xəsarət alanların sayı 23-ə çatıb

Səhər saatlarında baş vermiş yanğının söndürülməsinə 200-dək yanğın söndürən cəlb olunub

Nyu-Yorkun Bronks rayonunda yerləşən yaşayış binaların birndə baş vermiş yanğın zamanı xəsarət alanların sayı 23 çatıb.

"Report" TASS-a istinadən xəbər verik ki, bu barədə yerli yanğınspndürmə İdarəsinin Twitter səhifəsində məlumat yerləşdirilib.

Məlumata görə, bir yanğınsöndürən daxil olmaqla bütün xəsarət alanların həyatına təhlükə altında deyil.

Qeyd edək ki, səhər saatlarında baş vermiş yanğının söndürülməsində 200-dən yanğın söndürən cəlb olunub.