Artritə səbəb olan infeksion xəstəliklər


Digərləri 02 Yan 2018 23:50:00 504 0

Artritə səbəb olan infeksion xəstəliklər

Artritə səbəb olan infeksion xəstəliklər Artrit adətən oynağın konfiqurasiyasının dəyişməsi,şişməsi,bəzən dərini qızarması və isinməsi,pasivv hərəkətlərin məhdudlaşması və ağrı ilə özünü biruzə verən xəstəlikdir. Son.az immunitet.az-a istinadən bildirir ki, artrit və artralgiya əksər hallarda infeksion xəstəliklərin ağırlaşması kimi meydana çıxır.Artralgiya infeksion xəstəliklərin kəskin intoksikasiya dövrü meydana çıxır.Məsələn,B virus hepatitinin başlanğıc əlaməti artralgiyadır.Bu zaman ağrılar səhər xəstəni narahat edir,onun yerişini pozur,bir qədər hərəkətdən sonra isə xeyli azalır.Xəstə sakit uzandıqda isə oynaqlarda,bəzən isə əzələ və sümüklərdə ağrılar baş verir. Qızdırmalı xəstəliklərin də ilkin əlamətlərindən biri artralgiya olur.Qripp,taun,tüyaremiya və s. bir çox qızdırmalı xəstəliklər ağrı ilə başlayır. Artrit əlamətləri də bəzi xəstəliklərin gedişinin ağırlaşması olaraq meydana çıxır. Bu xəstəliklərə aiddir - brüsellyoz - psevdovərəm - yersinioz - skarlatina Artrit yuxarıda sadalanan xəstəliklərik infeksion allergik ağırlaşması hesab edilir.Bəzən isə artritin əmələ gəlməsinə infeksion xəstəliyin törədiciləri - stafilokokk,sterptokokk,pnevmokokk,salmonella və meninqokokk sepsislərinin əmələ gətirdikləri irinli ocaqlar səbəb olur.Qeyri-infeksion xəstəliklər də artritin əmələ gəlməsinə səbəb ola bilir. Bu xəstəliklərə revmatizm,sklerodermiya,qırmızıqurdeşənəyi xəstəlikləri aiddir.Psorias,sifilis,vərəm,qonoreya xəstəlikləri infeksion-allergik artritin əmələ gəlməsinə səbəb olur.