Zcash planlarını açıqlayıb


Digərləri 02 Yan 2018 23:15:00 402 0

Zcash planlarını açıqlayıb

Zcash inkişaf komandası 2018-ci ildə blockchain üzərində ediləcək dəyişiklikləri hazırlayıb və bir yol xəritəsi dərc edib. Zcash bloqunda yazan "Zooko Wilcox" və "CTO Nathan Wilcox" Zcash-ı gözləyən iki əsas yeniləmə haqqında detallı bir üsul xəritəsi nəşr edib.

Son.az kripto.az-a istinadən bildirir ki, "Overwinter" və "Sapling" olaraq adlandırılan yeniləmələrin ikincisi əslində bu ilin əvvəlində səthi bir şəkildə təsvir edilmişdi. Keçən həftə nəşr olunan yeni bir bloqda gələcək il üçün ediləcək yeniliklərin Zcash-ın performansını, təhlükəsizliyini və mövcudluğunu yaxşılaşdıracağı qeyd olunub.

İlk yeniləmə olan "Overwinter" 2018-ci ilin iyun ayında həyata keçiriləcək. Yazılanlara görə, bu yeniləmənin məqsədi gələcəkdə baş tutacaq yeniləmələrin istifadəçilər üçün təhlükəsizlik səviyyəsini artırmaqdır. "Overwinter" haqqında ətraflı məlumatlar isə hələ də çox açıqlanmasa da, məqalədə gələcəkdə bununla bağlı bloqların dərc olunacağı qeyd edilib.

2018-ci ilin sentyabr ayında edilməsi planlaşdırılan ikinci yeniləmə isə "Sapling" protokoluna yönəldiləcək. Bu prptpkolla birlikdə kriptovalyutanın məxfilik məqsədilə transfer imkanları daha da genişlənəcəkdir. Yazının müəllifi Vilkoks qardaşları bununla bağlı belə açıqlama verib:

"Sapling" yeniləməsi "Sapling" protokolunu aktivləşdirəcək. Bununla birlikdə, təhlükəsiz köçürmələrin həm vaxtını, həm də qeydiyyatını əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq mümkün olacaq. Bundan əlavə, "Sapling" yeniləməsi "Powers of Tau" adlı hər kəsə açıq parametrli texnologiyadan istifadə edərək zkSNARK tətbiqlərindəki risk söz-söhbətlərinə son qoyacaqdır". Bloqa görə, onlardan kənarda olan yeniliklər üzərində də çalışılır. Bu yeniləmələrin bəziləri isə razılaşdırılmış kontrakt funksiyaları və Proof-of-Stake alqoritminin tədqiqi kimi təsnif edə bilər.