Zibillikdə sərvət tapdı, polisə apardı


Digərləri 02 Yan 2018 22:52:00 325 0

Zibillikdə sərvət tapdı, polisə apardı

Çantanın içini yoxlayan polis bunun Özbəkistan əsilli bir qadına məxsus olduğunu hesab edir

Türkiyənin Bursa şəhərində zibil qabına tullanmış çantanın içində təxminən 9-11 min manat (20-25 min lirə) dəyərində qızıl tapan mühafizəçi çantanı polis məntəqəsinə təslim edib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, hadisə şəhərin Panayır məhəlləsində baş verib.

Yaxınlıqda yerləşən biznes mərkəzində mühafizəçi işləyən Rəşad Çoban adlı şəxs zibil qabında çanta aşkar edib. Çantanı yoxlayan zaman onun içərisində qızıl və pul olduğunu görüb. Bundan sonra Çoban bu barədə polisə müraciət edib.

Hadisə yerinə gələn polis əməkdaşı çantaya baxış keçirən zaman onun içərisindən 180 lirə pul və 20-25 min lirə dəyərində zinət əşyası tapıb. . Çanta polis mərkəzinə aparılıb.

Zibil qabından çantanı tapan Reşad Çoban adlı şəxs polisə verdiyi ifadədə bildirib ki, çantanın içinə baxdıqda onun içində dəyərli əşyalar aşkar edib və dərhal polisə xəbər verib. "Vətəndaşlıq borcumu yerinə yetirdim" - deyə o, qeyd edib.